Azərbaycanlı FİFA referilərinə beynəlxalq təyinat

FİFA referisi Rəhim Həsənov və FİFA referi köməkçisi Cəmil Quliyev 17 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsinə təyinat alıb.

Komanda.az AFFA-nın saytına istinadən xəbər verir ki, Həsənov və Quliyev sentyabrın 27-dən oktyabrın 3-dək İsveçdə keçiriləcək 4-cü qrupun oyunlarında iştirak edəcəklər. Bu qrupda İsveç, Danimarka, Litva və Farer adaları yığmaları mübarizə aparacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button