Əliyar Ağayevə beynəlxalq təyinat
FİFA referisi Əliyar Ağayev AÇ-2020-nin seçmə mərhələsinin oyununa təyinat alıb.
Komanda.az UEFA-nın saytına istinadən xəbər verir ki, oktyabrın 12-də keçiriləcək Farer adaları – Rumıniya qarşılaşmasının baş hakimi Əliyar Ağayev olacaq.
Ona Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını Rəhim Həsənov yerinə yetirəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin