Azərbaycanlı FİFA referilərinin siyahısında dəyişiklik edildi

2021-ci ildə Azərbaycanı beynəlxalq oyunlarda təmsil edəcək FİFA referilərinin siyahısında bəzi dəyişikliklər edilib.

Komanda.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, bu barədə qərar Hakimlər Komitəsinin iclasında qəbul edilib.

2013-cü ildən FİFA referisi olan Rəhim Həsənovu Elçin Məsiyev əvəzləyib. 2010-cu ildən FİFA referisi olan və zədə səbəbindən karyerasını başa vuran Mübariz Həşimovun əvəzinə isə Cavanşir Yusifovun adı siyahıya əlavə edilib. Fiziki testdən və ingilis dili bacarığından uğurla keçən iki yeni futzal hakimi – Əli Cəbrayılov və Knyaz Əmiraslanovun adları hazırkı siyahıya əlavə olaraq FİFA-ya göndəriləcək.

FİFA fitnes testlərinin nəticəsindən asılı olaraq, qadın hakimlər və köməkçi hakimlərin siyahısında hər hansı dəyişiklik olacağı təqdirdə, əlavə məlumat veriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button