FİFA Ratko Mladiçlə bağlı şüarlara görə çempionu cəzalandırdı

FİFA “Srvena Zvezda” azarkeşlərinin müharibə cinayəti, insanlıq əleyhinə cinayət və soyqırımda təqsirləndirilən Serbiyanın keçmiş qərargah rəisi Ratko Mladiçin lehinə şüarlar səsləndirməsinə biganə qalmayıb.

Komanda.az xəbər verir ki, Serbiya klubu ölkə çempionatı çərçivəsində aprelin 10-da “Radniçki”yə qarşı keçirəcəyi mövsümün son matçını azarkeşsiz keçirməli olacaq.

Bununla bağlı FİFA Serbiya Futbol Federasiyası qarşısında tələb irəli sürüb. Çempionluğu bir neçə tur öncədən təmin etmiş paytaxt klubu bu uğurunu məhz “Radniçki” ilə ev oyunundan sonra, tərəfdarları ilə birgə qeyd etməyə hazırlaşırdı. Lakin əvvəlki ev oyunlarında azarkeşlərin Ratko Mladiçlə bağlı şüarlar səsləndirməsi klubu çətin vəziyyətdə qoyub. FİFA tərəfindən nəzarətə götürülən bu hadisəyə görə klub cəzalandırılıb. Belə ki, “Srvena Zvezda” növbəti çempionluğunu azarkeşlərsiz bayram etməli olacaq.

Xatırladaq ki, “Srvena Zvezda” bu mövsüm ölkə çempionatında keçirdiyi 29 oyunda məğlubiyyət üzü görməyib. 25 qələbə qazanmış komanda cəmi 4 oyunda heç-heçə edib. Hazırda 79 xalı olan Belqrad təmsilçisi 79 qol vurduğu halda öz qapısından 14 top çıxarıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button