FİFA prezidentinin arzusu

FİFA-nın prezidenti Canni İnfantino argentinalı forvard Lionel Messi və portuqaliyalı hücumçu Kriştiano Ronaldo haqqında fikirlərini bölüşüb.

Komanda.az xəbər verir ki, FİFA-nın rəhbəri məşhur bloger “IShowSpeed”-in podkastında çıxışı zamanı hər iki futbolçuya heyranlığını ifadə edib:

“İki böyük futbolçudur. Portuqaliyalı azarkeşlər hər zaman Ronaldonu, argentinalılar isə Messini seçəcək. Neytral azarkeş üçün isə onların hər ikisini izləmək çox maraqlıdır. Mən onları eyni klubda görmək istərdim. Bu, inanılmaz bir şey olardı”.

Ronaldo hazırda Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunda çıxış edir, Messi isə ABŞ-ın “İnter Mayami” komandasında forma geyinir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button