PSJ-nin rəhbəri FİFA prezidenti olmağa hazırlaşır

PSJ-nin prezidenti Nasser Əl-Xələfinin hədəfləri böyükdür.

Komanda.az “RMC Sport”-a istinadən xəbər verir ki, qətərli iş adamı başqa klub almağa hazırlaşır və eyni zamanda, FİFA prezidenti olmağı düşünür.

O, 2027-ci ildə keçiriləcək növbəti seçkilərdə namizədliyini irəli sürmək və o vaxta qədər bunun üçün lazımi zəmin hazırlamaq niyyətindədir.

Bu barədə tanınmış nəşrin jurnalisti məlumat yayıb:

“Mən bunu bir çox nüfuzlu insanlardan, o cümlədən qətərlilərdən eşitmişəm. Onların məlumatına göz yummaq olmaz”.

FİFA-nın hazırkı prezidenti Canni İnfantinodur.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button