FİFA prezidenti: “Bu insanların ləyaqəti qalıbsa…”

İsveçrə prokurorluğu FİFA prezidenti Canni İnfantinoya qarşı vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamı ilə bağlı işi bağlayıb.

Komanda.az xəbər verir ki, bu barədə qurumun saytında məlumat verilib.

İnfantino bunun onun və FİFA-nın yeni qələbəsi olduğunu bildirib. O, ona qarşı irəli sürülən ittihamların sadəcə bədbəxt insanların onun reputasiyasına zərbə vurmaq cəhdi olduğunu vurğulayıb:

“Bu insanların ləyaqəti qalıbsa, heç olmasa, etdikləri əməllərə və vurduqları zərərə görə üzr istəməlidirlər. Həqiqətən də, istintaq tam və birmənalı şəkildə təsdiq edir ki, mən həmişə qanuni və düzgün hərəkət etmişəm, həmişə yalnız FİFA və futbolun maraqlarını müdafiə etmişəm”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button