Tramp FİFA prezidentindən Rusiyanın DÇ-2026-ya buraxılmasını xahiş edib?

FİFA prezidenti Canni İnfantino bildirib ki, ABŞ prezidenti Donald Tramp görüş zamanı ondan Rusiya millisinin 2026-cı il dünya çempionatında iştirakına icazə verməyi nəzərdən keçirməyi xahiş etməyib.

Komanda.az xəbər verir ki, “The Guardian”-a açıqlama verən qurum rəhbəri bunu deyib:

“Xeyr, bu barədə mənə sual verilməyib. Düşünürəm ki, sülh danışıqları gedəndə futboldan daha vacib mövzular var. Amma biz istəyirik ki, bütün ölkələr oynasın”.

2022-ci ilin fevralında FİFA və UEFA Rusiyanın bütün komandalarının növbəti bildirişə qədər bu təşkilatların himayəsi altında keçirilən turnirlərdə iştirakını dayandırmaq qərarına gəlib. Buna Rusiyanın Ukraynaya işğlaçı hücumları səbəb olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button