FİFA prezidenti: “Bu problemin kökünü kəsməliyik”
FİFA prezidenti Canni İnfantino Parisdə keçirilən UEFA-nın konqresində çıxış edib.
Komanda.az “RMC Sport”-a istinadən xəbər verir ki, 53 yaşlı futbol funksioneri irqçiliyin hansısa təzahürləri ilə mübarizə üçün əlavə tədbirlərin görülməsinin vacibliyini bildirib:
“Biz məsuliyyət daşımalı olacağıq. Biz irqi motivli qalmaqallarda iştirak edən komandalara müavinətlər verəcəyik. Mən həmçinin irqçi insidentlər zamanı matçların vaxtından əvvəl dayandırılmasının tərəfdarıyam.
Hazırda dünyada çoxlu fikir ayrılıqları var. Son bir neçə ay ərzində biz bir neçə irqçilik hadisəsinin şahidi olduq və onlara son qoymaq üçün bütün səylərimizi sərf etməliyik. Biz bu problemin kökünü kəsməliyik. İntizam nəticələri bütün komandalar üçün məcburi olmalıdır”.
Bizi Facebook-da izləyin