
Pakistan Futbol Federasiyasına tətbiq edilən sanksiyalar ləğv edilib
FİFA Pakistan Futbol Federasiyasına qarşı 2025-ci il fevralın 6-da tətbiq etdiyi sanksiyaları ləğv edib.
Komanda.az xəbər verir ki, bu barədə təşkilatın mətbuat xidməti məlumat yayıb.
Sanksiya ədalətli və demokratik seçkilərin keçirilməsini və normallaşma prosesi çərçivəsində federasiyanın üzərinə qoyulmuş öhdəliklərin yerinə yetirilməsini təmin edən təşkilat nizamnaməsinin yenidən işlənmiş variantının qəbul edilməməsi səbəbindən tətbiq edilmişdi.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin