FİFA-nın sabiq prezidentinə cinayət işi açıldı

İsveçrənin Sürix şəhərində yerləşən FİFA muzeyinin layihəsinin maliyyələşdirilməsi ilə əlaqədar təşkilatın keçmiş prezidenti Jozef Blatterə qarşı yerli prokurorluqda cinayət işi açılıb.

Komanda.az xəbər verir ki, 84 yaşlı funksioner və onun seçdiyi şirkətlər qanun pozuntularına yol verməkdə şübhəli bilinir.

FİFA Muzeyi 2016-cı ildə açılıb. Açılış 1 il tez nəzərdə tutulsa da, Blatterin FİFA prezidentliyindən getməsinə səbəb olan korrupsiya qalmaqalı səbəbindən təxirə salınıb.