FİFA-nın sabiq prezidentinə 6 il 8 aylıq cəza
FİFA-nın sabiq prezidenti Yozef Blatter cəzalandırılıb.
Komanda.az xəbər verir ki, keçmiş funksioner FİFA-nın etik qaydalarını pozmaqda təqsirli bilinib. Bu barədə FİFA-nın mətbuat xidməti məlumat yayıb.
Blatterin futbolla bağlı fəaliyyətinə 6 il 8 aylıq qadağa qoyulub. Onunla yanaşı, FİFA-nın keçmiş baş katibi Jerom Uolke də eyni cəzaya məruz qalıb. Blatter və Uolke 1 milyon İsveçrə frankı məbləğində cərimə ödəməlidirlər.
2015 və 2016-cı illərdə Blatter və Uolkeyə tətbiq edilmiş qadağalar hələ ləğv edilmədiyindən, yeni cəza əvvəlkinin bitməsindən sonra qüvvəyə minəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin