FİFA-nın prezidentində koronavirus aşkarlandı

FİFA-nın prezidenti Canni İnfantinoda koronavirus aşkarlanıb.

Komanda.az xəbər verir ki, bu barədə ali futbol qurumunun rəsmi saytı məlumat yayıb.

Xəbərdə 50 yaşlı funksionerin koronavirus testinin müsbət nəticə verdiyi diqqətə çatdırılıb.

İnfantinoda xəstəliyin yüngül simptomları var. O, özünü təcrid edib və ən azı 10 gün karantində qalacaq. Təşkilatın rəhbəri ilə təmasda olan şəxslərə də məlumat verilib.

Qeyd edək ki, Canni İnfantino 2016-cı ildən FİFA-nın prezidentidir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button