
FİFA ABŞ-da keçiriləcək çempionatdan milyardlar qazanacaq
Yeni klublararası dünya çempionatının ümumilikdə nə qədər gəlir gətirəcəyi məlum olub.
Komanda.az “The Athletic”-ə istinadən xəbər verir ki, FİFA turnirə ev sahibliyindən təxminən 2 milyard dollar qazana bilər. İştirakçı komandalar ümumilikdə təxminən 1 milyard dollar alacaqlar.
2025-ci ildə klublararası dünya çempionatı ABŞ-da keçiriləcək. Turnirin ilk oyununda, iyulun 15-də “İnter Mayami” Misirin “Əl Əhli” klubu ilə qarşılaşacaq. Turnirdə “səyahətə başlayacaq” ilk Avropa komandası həmin gün Yeni Zelandiyadan olan “Oklend Siti” ilə qarşılaşacaq “Bayern”dir.
Klublararası dünya çempionatının hazırkı qalibi “Mançester Siti”dir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



