
FİFA Klubararası DÇ-nin formatında dəyişiklik etməyi planlaşdırır
FİFA Klubararası dünya çempionatının formatında dəyişiklik etməyi planlaşdırır.
Komanda.az “The Guardian”-a istinadən xəbər verir ki, yeni qaydalara əsasən, turnir dörd ildən bir deyil, iki ildən bir keçirilə bilər. Gözlənilir ki, dəyişikliklər 2029-cu ildən qüvvəyə minəcək.
Bundan başqa, iştirakçıların sayı da artırıla bilər. Hazırda 32 komanda mübarizə aparırsa, yeni formatda bu rəqəm 48-ə çatdırılacaq.
Son turnir bu yay ABŞ-da keçirilib. Finalda “Çelsi” ilə PSJ qarşılaşıb. Oyunda İngiltərə təmsilçisi Luis Enrikenin komandasını 3:0 hesabı ilə məğlub edərək, titulun sahibi olub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



