
FİFA-nın dəstəyi, AFFA-nın təşkilatçılığı ilə kütləvi futbol festivalı keçirilib
FİFA-nın təşəbbüsü və dəstəyi, AFFA-nın təşkilatçılığı ilə 25 May – Dünya Futbol Günü münasibətilə kütləvi futbol festivalı keçirilib.
Komanda.az AFFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, “ASCO Arena”da təşkil edilən festivala 80-dən çox uşaq qatılıb.
İştirakçılar futbol oynayıb, əyləncəli vaxt keçiriblər.
2024-cü ildən etibarən BMT-nin qərarı ilə 25 may Dünya Futbol Günü kimi qeyd edilir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin


