FIFA-nın baş katibi “Zirə” – “Araz-Naxçıvan” oyununda

Azəraycan səfərdə olan FIFA-nın baş katibi Fatma Samoura səfər çərçivəsində Zirədə olub.

Komanda.az xəbər verir ki, baş katib AFFA prezidenti Rövnəq Abdullayevlə birlikdə Azərbaycan Premyer Liqasının 16-cı turu çərçivəsində keçirilən “Zirə” – “Araz-Naxçıvan” qarşılaşmasını izləyib.

Oyunu izləyənlər arasında FIFA-nın Avropa Milli Assosiasiyalar üzrə direktoru Elxan Məmmədov, AFFA-nın baş katibi Sərxan Hacıyev, Peşəkar Futbol Liqasının prezidenti Elxan Səmədov və “Zirə”nin İdarə Heyətinin sədri Orxan Məmmədov da olub.

Yeri gəlmişkən, “Zirə” Peşəkar Futbol Klubunun Müşahidə Şurasının sədri Orxan Məmmədov bu oyundan əvvəl FİFA-nın baş katibi ilə görüşüb. Xanım Samouraya “Zirə”nin simvolik forması təqdim edilib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button