
Aleksander-Arnold “Real”la o turnirdə oynaya bilər
“Liverpul”un müdafiəçisi Trent Aleksander-Arnold bu mövsümün sonunda klubdan ayrılacağını rəsmən açıqlayıb.
Komanda.az “Diario AS”-a istinadən xəbər verir ki, ingiltərəli futbolçunun növbəti klubu böyük ehtimalla, “Real” olacaq.
Trentin “Liverpul”la müqaviləsinin müddəti bu ilin 30 iyununda başa çatacaq, ancaq Klublararası dünya çempionatı artıq 15 iyunda başlayır. FİFA 1-10 iyun tarixləri arasında əlavə transfer pəncərəsi açacaq ki, bu da onun “Real”a daha tez keçməsinə imkan yarada bilər.
“Real”ın bu turnirdəki rəqibləri Səudiyyə Ərəbistanından “Əl-Hilal”, Meksikadan “Paçuka” və Avstriyadan “Zalsburq” olacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



