FİFA-nı milyardları oğurlamaqda ittiham etdi

“Napoli”nin prezidenti Aurelio De Laurentis FİFA-nı korrupsiyada ittiham edib.

Komanda.az “Corriere dello Sport”-a istinadən xəbər verir ki, Laurentis ali futbol qurumunu oğurluqda ittiham edib:

“Niyə müqavilələr beş illik olmalıdır? Niyə səkkiz illik müqavilə ala bilmirəm? Bir-iki ildən sonra futbolçu agentini dəyişirsə və yenisi hələ nəsə qazanmayıbsa, maaş artımını tələb etməyə başlayır. FİFA-nın son illərdə nə etdiyini görmüsüz? Onlar milyardları oğurladılar, İsveçrədə və istənilən Avropa yurisdiksiyasından kənarda qaldıqlarına baxmayaraq, heç kim onlara nəzarət etmir”.

“Napoli” 25 oyundan sonra 65 xalla İtaliya çempionatına başçılıq edir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button