“FİFA nəhayət, Rusiya ilə bağlı düzgün qərar verdi”

İsveç millisinin baş məşqçisi Janne Andersson FİFA-nın Rusiya yığmasını beynəlxalq turnirlərdən kənarlaşdırması səbəbindən, Polşanın DÇ-2022-nin seçmə mərhələsinin pley-offunun finalına avtomatik olaraq vəsiqə qazanması barədə fikirlərini bölüşüb.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, baş məşqçi, FİFA-nın düzgün qərar verdiyini bildirib:

“FİFA nəhayət, Rusiya ilə bağlı düzgün qərar verdi. Təəssüf ki, bu, idman baxımından tamamilə qəbuledilməzdir. Amma biz öz oyunumuzu düşünürük. Bütün səylərimiz Çexiya ilə oyunun hazırlığına yönəlib”.

Polşa millisi Rusiya yığmasının beynəlxalq turnirlərdən kənarladırılması səbəbindən, avtomatik olaraq dünya çempionatının pley-offunun finalına yüksəlib. Polşalılar pley-offunun finalında İsveç və ya Çexiya ilə qarşılaşacaq.

Rusiya qoşunları fevralın 24-dən Ukraynaya hücuma keçiblər. Bu hücum bütün dünyada kəskin etirazlara səbəb olub. Bu hücumdan sonra Rusiyaya qarşı bir çox sanksiyalar tətbiq edilməyə başlanıb. Həmçinin, Rusiyanın və onun müttəfiqi olan Belarusun müxtəlif idman növləri üzrə komandaları da qadağalarla üzləşib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button