Reytinq: Azərbaycan millisi 2 pillə gerilədi

FİFA milli komandaların yeni reytinq cədvəlini açıqlayıb.

Komanda.az qurumun saytına istinadən xəbər verir ki, yeni siyahıda Azərbaycan yığması 1166 xalla 112-ci sırada yer alıb. Milli ötən reytinq siyahısı ilə müqayisədə 2 pillə geriləyib.

Reytinq cədvəlinə 1822 xalla Belçika millisi başçılıq edir. 1797 xalla Braziliya yığması 2-ci, 1762 xalı olan Fransa isə 3-cü sırada yer alıb.

Bu il keçirilən Avropa çempionatının qalibi olan İtaliya milli komandası 1745 xalla 5-ci pilləni tutub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button