FİFA Macarıstan millisini cəzalandırdı – irqçiliyə görə
FİFA İntizam Komitəsi Macarıstan millisini cəzalandırıb.
Komanda.az xəbər verir ki, bu barədə qurumun rəsmi saytı məlumat yayıb.
Buna sözügedən yığmanın DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində evdə İngiltərəyə 0:4 hesabı ilə uduzduğu oyunda yerli azarkeşlərin irqçi davranışları səbəb olub.
Macarlara FİFA bayrağı altında qarşıdakı iki ev görüşünü tamaşaçısız keçirmə cəzası verilib. İkinci qarşılaşma ilə bağlı qərar şərtidir. 2 illik sınaq müddətində eyni hal təkrarlanarsa, 1 oyunluq cəza qərarı avtomatik olaraq qüvvəyə minəcək. Bundan başqa, Macarıstan Futbol İttifaqı 200 000 İsveçrə frankı məbləğində cərimələnib.
Xatırldaq ki, Budapeştdə keçirilmiş oyun zamanı qonaqların futbolçuları Rahim Sterlinq və Cud Bellingem irqçi təhqirlərə məruz qalmışdı.
Bizi Facebook-da izləyin