Klublararası dünya çempionatının ən yaxşı futbolçusu bilindi
FİFA klublararası dünya çempionatının ən yaxşı futbolçusu məlum olub.
Komanda.az xəbər verir ki, bu, “Liverpul”un hücumçusu Məhəmməd Salahdır. Bu barədə turnirin mətbuat xidməti məlumat yayıb. Salah turnirin ən yaxşı futbolçusuna verilən “qızıl top” mükafatını qazanıb.
Turnirin həlledici görüşündə “Liverpul” və “Flamenqo” komandaları üz üzə gəlib. Matçın əsas vaxtında qapılara qol vurulmayıb. Əlavə vaxtda isə Avropa təmsilçisi Roberto Firminonun vurduğu qolla (99) qalib gələrək mundialın qızıl medallarına sahib çıxıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin