FİFA Beylə görə “Real”a ödəniş edə bilər
FİFA İspaniyanın “Real” klubuna təzminat ödəyəcək.
Komanda.az xəbər verir ki, buna səbəb Madrid təmsilçisinin futbolçusu Qaret Beylin Uels millisinin düşərgəsində zədələnməsidir. Bu barədə İspaniya mətbuatı məlumat yayıb.
FİFA beynəlxalq oyunlar zamanı millidə zədələnən və azı 28 günlük sıradan çıxan futbolçuların klublarına təzminat ödəyir.
Beyl 28 gündən çox oynamasa, ali futbol qurumu “Real”a 7,5 milyon avro təzminat ödəyəcək.
Beylin zədə səbəbindən azı 2-3 həftə yaşıl meydanlardan uzaq qalacağı bildirilib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin