FİFA “Barselona”ya təzminat ödəyəcək
FİFA İspaniyanın “Barselona” klubuna təzminat ödəyəcək.
Komanda.az xəbər verir ki, buna səbəb Kataloniya təmsilçisinin futbolçusu Osman Dembelenin Fransa millisinin heyətində AÇ-2020-nin oyununda zədələnməsidir. Bu barədə İspaniya mətbuatı məlumat yayıb.
FİFA beynəlxalq oyunlar zamanı millidə zədələnən və azı 28 günlük sıradan çıxan futbolçuların klublarına təzminat ödəyir. Ali futbol qurumu Dembeleyə görə “Barselona”ya 2,5 milyon avro təzminat ödəyəcək.
Dembele Fransa yığmasının AÇ-2020-nin qrup mərhələsinin 2-ci turu çərçivəsində Macarıstana qarşı keçirdiyi oyunda (1:1) zədələnib və azı 4 ay yaşıl meydanlardan uzaq qalacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin