FİFA Corkayeffi İrana göndərir – yoxlama aparacaq
FİFA İran milli komandasının oyununda qadın azarkeşlərin olub-olmadığını yoxlamaq üçün bu ölkəyə nümayəndə heyəti göndərəcək.
Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ali futbol qurumunun rəsmilərindən olan, Fransa millisinin sabiq futbolçusu Yuri Corkayeff açıqlama verib:
“İran həssas mövzudur. 10 oktyabrda İrana gedən heyətin bir parçası olacam. Getməyimizin səbəbi FİFA-nın İran üçün verdiyi qərarın icra olunmasını izləməkdir”.
FİFA İranda qadın azarkeşlərin stadiona girişinin təmin edilməsini tələb edir. Ancaq İran hakimiyyəti bu qərarı qəbul etmir və qadın azarkeşlərin stadiona girişini qadağan edir.
FİFA-nın nümayəndə heyəti oktyabrın 10-da, DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində keçiriləcək İran – Kamboca matçını tribunadan izləyəcək.
Bizi Facebook-da izləyin