CAS Rayolanı sevindirdi
FİFA İntizam Komitəsinin tanınmış futbol meneceri Mino Rayolanı 3 illik cəzalandırdığını xəbər vermişdik.
Komanda.az xəbər verir ki, İdman Arbitraj Məhkəməsi (CAS) Rayolanın cəzasını təxirə salıb. Bu barədə İtaliya mətbuatı məlumat yayıb.
CAS-ın qərarına görə, Rayola İtaliya xaricində bütün ölkələrdə fəaliyyətinə davam edə biləcək. Onun İtaliyadakı durumu isə iyul ayında bəlli olacaq.
Mino Rayola Pol Poqba, Zlatan İbrahimoviç, Matteys de Liqt, Mario Balotelli, Marko Verratti kimi futbolçuların meneceridir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin