FİFA imtina edib – Dünya çempionatı iki ildən bir keçirilməyəcək
FİFA dünya çempionatlarının iki ildən bir keçirilməsi ideyasını dəstəkləməyib.
Komanda.az xəbər verir ki, bu barədə ali futbol qurumunun qlobal inkişaf şöbəsinin rəhbəri Arsen Venger “Ekip” nəşrinə müsahibəsində deyib.
“Arsenal”ın keçmiş baş məşqçisi FİFA-nın ondan bu məsələ haqqında düşünməyi xahiş etdiyini bildirib:
“Mən pis fikir olmadığını düşündüm. Amma bu, təqvimin tam yenidən qurulmasını tələb edəcək. Biz mundialların dörd ildən bir keçirilməsini hədəfləyirik. Dünya çempionatı, getdikcə əhəmiyyəti artan qadınlar arasında dünya çempionatı, Avropa çempionatı və klublararası dünya çempionatı da lazımdır”.
FİFA daha əvvəl turnirin iki ildən bir keçirilməsini tövsiyə etmişdi.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin