FİFA ilin ən yaxşı oyunçusu adına 10 namizədi açıqladı

FİFA 2018/19 mövsümünün ən yaxşı futbolçusu adına namizədlərin siyahısını açıqlayıb.

Komanda.az dünyanın ali futbol qurumunun rəsmi saytına istinadən xəbər verir ki, 10 nəfərlik siyahıda Çempionlar Liqasının son qalibi “Liverpul”dan 3, “Barselona” və “Yuventus”dan 2, “Real”, PSJ və “Tottenhem”dən isə 1 futbolçu yer alıb:

Kristiano Ronaldo (Yuventus)
Matteys de Liqt (Ayaks/Yuventus)
Lionel Messi (Barselona)
Frenki de Yonq (Ayaks/Barselona)
Harri Keyn (Tottenhem)
Eden Hazard (Çelsi/Real)
Kilian Mbappe (PSJ)
Sadio Mane (Liverpul)
Məhəmməd Salah (Liverpul)
Vircil van Dayk (Liverpul)

Namizədlərin seçimi zamanı 2018-ci ilin 16 iyulundan 2019-cu ilin 19 iyul tarixinə qədər olan nəticələr nəzərə alınıb. Qalibin adına FİFA-nın rəsmi saytında azarkeşlər arasında aparılacaq sorğu nəticəsində aydınlıq gələcək. Qalibin adı 23 sentyabrda, Milanda keçiriləcək tədbirdə açıqlanacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button