FİFA ilin rəmzi yığması üçün namizədləri açıqladı
FİFA 2021-ci ilin rəmzi yığmasına düşməyə namizəd futbolçuların adlarını açıqlayıb.
Komanda.az xəbər verir, siyahıda 23 futbolçunun adı yer alıb.
Simvolik komandanın yekun tərkibi jurnalistlər, baş məşqçilər və komanda kapitanlarından ibarət beynəlxalq jürinin səsverməsi əsasında müəyyənləşəcək.
Qapıçılar: Alisson Bekker (“Liverpul”, Braziliya), Canluici Donnarumma (“Milan”/PSJ, İtaliya), Eduard Mendi (“Çelsi”, Seneqal);
Müdafiəçilər: David Alaba (“Bayern”/”Real”, Avstriya), Jordi Alba (“Barselona”, İspaniya), Trent Aleksander-Arnold (“Liverpul”, İngiltərə), Dani Alveş (“San Paulo”/”Barselona”, Braziliya), Leonardo Bonuççi (“Yuventus”, İtaliya), Ruben Dias (“Mançester Siti”, Portuqaliya);
Yarımmüdafiəçilər: Serxio Buskets (“Barselona”, İspaniya), Kevin de Bruyne (“Mançester Siti”, Belçika), Bruno Fernandes (“Mançester Yunayted”), Frenki De Yonq (“Barselona”, İspaniya), Jorjinyo (“Çelsi”, İtaliya), Nqolo Kante (“Çelsi”, Fransa);
Hücumçular: Kərim Benzema (“Real”, Fransa), Kristiano Ronaldo (“Yuventus”/“Maneçster Yunayted”, Portuqaliya), Erlinq Haland (“Borussiya”, Dortmund, Almaniya), Robert Levandovski (“Bayern”, Polşa), Romelu Lukaku (“İnter”/“Çelsi”, Fransa), Lionel Messi (“Barselona”/PSJ, Argentina), Neymar (PSJ, Braziliya), Kilian Mbappe (PSJ, Fransa).
Qaliblər 2022-ci il yanvarın 17-də “The Best” mükafatının təqdimetmə mərasimində açıqlanacaq.
Bizi Facebook-da izləyin