FİFA iki dünya çempionatını ləğv etdi
2021-ci ildə 17 və 20 yaşadək futbolçular arasında keçirilməli olan dünya çempionatları baş tutmayacaq.
Komanda.az xəbər verir ki, FİFA hər iki mundialı ləğv edib. Bu barədə qurumun rəsmi saytı məlumat yayıb.
Turnirlər müvafiq olaraq, Peru və İndoneziyada təşkil olunmalı idi. Yeni qərara əsasən, hər iki ölkə əvvəlcədən planlaşdırılan dünya çempionatlarına 2023-cü ildə ev sahibliyi edə biləcəklər.
Qeyd edək ki, U-17 yığmaları arasında son çempion Braziliyadır. Ukraynanın U-17 millisi isə öz yaşıdları arasında son qalibdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin