Fransanın 2 klubuna transfer qadağası qoyuldu
FİFA Fransanın iki klubuna transfer qadağası qoyub.
Komanda.az xəbər verir ki, bunlar “Anje” və “Paris” klublarıdır. Bu barədə qurumun mətbuat xidməti məlumat yayıb. Klublar bundan başqa, 30 min İsveçrə frankı məbləğində də cərimə olunublar.
Hər iki klub transfer qaydalarını pozduqları üçün cəzalandırılıblar və onlar qarşıdakı yay transfer pəncərəsi dövründə heyətlərini yeni futbolçu ilə gücləndirə bilməyəcəklər.
“Paris” klubu 2020-ci ilin avqustunda daha əvvəl həvəskar futbulçu olan Kevin Bemanqa ilə müqavilə imzalamış, 6 həftə sonra isə sözügedən oyunçunu “Anje”yə satmışdı.
23 yaşlı futbolçu 2021-ci ilin fevralında İsveçrənin “Syon” klubuna icarəyə verilib və hazırda sözügedən komandada çıxış edir.
“Anje” Liqa 1-də, “Paris” isə Liqa 2-də mübarizə aparır.
Bizi Facebook-da izləyin