FİFA Braziliya – Argentina oyunu ilə bağlı AÇIQLAMA yaydı
FİFA DÇ-2022-nin Cənubi Amerika zonası üzrə seçmə mərhələsində yarımçıq dayandırılan Braziliya – Argentina matçı ilə bağlı açıqlama yayıb.
Komanda.az xəbər verir ki, ali futbol qurumu qarşılaşmanın taleyi ilə bağlı qərarını sabah verəcəyini bildirib. Bu barədə FİFA-nın mətbuat xidməti məlumat yayıb. Xəbərdə, oyunda yaşanan hadisələrlə bağlı ilkin məlumatların quruma göndərildiyi qeyd olunub.
Braziliya – Argentina matçının startından cəmi bir neçə dəqiqə sonra Braziliya Səhiyyə Nazirliyinin rəsmi şəxsləri meydana daxil olublar. Onlar Argentina millisinin İngiltərədən gələn oyunçularının – Emiliano Martines, Emiliano Buendiya (hər ikisi “Aston Villa”), Covani Lo Çelso (“Tottenhem”) və Serxio Romeronun (“Mançester Yunayted”) – heyətdən çıxarılmasını tələb ediblər. Bu üzdən də Braziliya – Argentina oyunu yarımçıq dayandırılıb. Argentina millisi və hakimlər yaşanan mübahisələr nəticəsində meydanı tərk edib. Qarşılaşmanın təxirə salındığı açıqlanıb.
Bizi Facebook-da izləyin