FİFA-dan tövsiyə: Oyunları təxirə salın
FİFA-nın koronavirus pandemiyası ilə bağlı vəziyyətin inkişafını izləməkdən ötrü yaratdığı İşçi Qrup bütün ölkələrin futbol federasiyalarına tövsiyə xarakterli müraciət ünvanlayıb.
Komanda.az xəbər verir ki, dünyanın ali futbol qurumu iyun ayında keçirilməsi nəzərdə tutulan bütün oyunların təxirə salınmasını tövsiyə edib.
Bu barədə FİFA-nın rəsmi saytı məlumat yayıb. Belə bir qərar İşçi Qrupun videokonfrans formatında təşkil etdiyi ilk iclasında qəbul olunub.
FİFA-nın qərarı həm qadın, həm də kişilərdən ibarət milli komandalara aiddi. İşçi Qrupunun üzvləri DÇ-2022-nin seçmə mərhələ oyunları da daxil olmaqla bütün rəsmi və yoxlama matçlarının yeni tarixinin qarşılıqlı razılıq əsasında müəyyənləşdirilməsini istəyir. Lakin burada da əsas prinsip kimi insan sağlığının əsas götürülməsi diqqətə çatdırılıb.
Bizi Facebook-da izləyin