FİFA-dan Rusiya klubuna cəza – 6 xalı silindi
Rusiyanın futbol üzrə birinci divizionunda mübarizə aparan “Anji” klubu cəzalandırılıb.
Komanda.az klubun rəsmi saytına istinadən xəbər verir ki, FİFA-nın tələbi ilə Mahaçqala təmsilçisinin 6 xalı silinib. Buna səbəb, klubun keçmiş futbolçusu Yannik Boliyə olan borcunu ödəməməsidir.
Klubdan verilən açıqlamada, Boliyə borcun olduğunu inkar etmədiklərini, amma FİFA-nın qərarından təəccübləndiklərini bildiriblər.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin