FİFA-dan rekord qazanc

FİFA 2019-cu ildən 2022-ci ilə qədər olan müddətdə rekord məbləğdə gəlir əldə edib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə məlumat ali futbol qurumunun 2022-ci il üçün açıqladığı hesabatda özünü göstərib. FİFA-nın 3 illik qazancı 7,6 milyard dollar təşkil edib.

Qurumun prezidenti Canni İnfantino deyib ki, bu, güclü maliyyə şəffaflığının nəticəsi və futbolu qloballaşdırmaq üçün göstərilən səylərin sübutudur.

Hesabatda 2023-2026-cı illərdə FİFA-nın gəlirinin 11 milyard dollar olacağı proqnozlaşdırılıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button