FİFA-dan klublara yeni məhdudiyyət: Sadəcə 4 futbolçu…

FİFA 2020/21 mövsümündən etibarən klubların icarəyə götürdüyü və icarəyə göndərdiyi futbolçuların sayına məhdudiyyət tətbiq etməyə hazırlaşır.

Komanda.az qurumun saytına istinadən xəbər verir ki, hazırlanan yeni qaydaya görə, klublar 2020/21 mövsümündən etibarən 22 yaş və daha böyük yaşda 4 futbolçu icarəyə götürə biləcəklər. Eyni zamanda, 22 yaş və daha böyük yaşda futbolçuları başqa kluba icarəyə göndərə biləcəklər. Bu qanun qəbul edilərsə, 2022/23 mövsümündən etibarən icarəyə göndərilən və icarə əsasında heyətə qatılan futbolçuların sayı 3-ə enəcək.

Qurumun digər planı isə menecerlərin futbolçuların transferindən əldə etdiyi məvaciblə bağlıdır. Yeni təklifə görə, menecerlər futbolçunun transfer qiymətinin 10 faizindən, məvacibinin isə 3 faizindən artıq pul ala bilməyəcək.

Bu təkliflər oktyabrın 24-də keçiriləcək iclasda müzakirə olunacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button