FİFA-dan klublar üçün yeni öhdəlik

FİFA klubların üzərinə oyunçuları və məşqçiləri ilə başa çatmaqda olan müqavilələri cari mövsümün sonunadək uzatma öhdəliyi qoyacaq.

Komanda.az “The National”a istinadən xəbər verir ki, bununla bağlı hazırlanmış sənədə müvafiq bənd salınıb.

Həmin bənddə göstərilir: “Müqavilə müddəti mövsümün ilkin başa çatma tarixinədəkdirsə, anlaşma yeni yekunlaşma tarixinədək uzadılır”.

Eyni prinsip növbəti mövsümə də nəzərdə tutulan müqavilələrə də şamil ediləcək. Onların qüvvəyə minməsi üçün başlanğıc müddət koronavirusa görə dəyişən təqvimə uyğun korrektə olunacaq.

Sənəddə trasfer pəncərəsinin mövsümün yeni keçirilmə müddətlərinə uyğun dəyişdirilməsinə dair tövsiyə də yer alıb. Bildirilir ki, belə dəyişikliklərə maksimal müddəti 16 həftəni keçməyəcəyi təqdirdə icazə vermək lazımdı. FİFA yeni yaradılmış Klublara Dəstək Fondundakı puldan yararlanmaqla onlara maliyyə problemlərinin həllində köməklik göstərə bilər.

Qeyd edək ki, hazırda Avropanın əksər ölkələrinin çempionatları, o cümlədən Azərbaycan Premyer Liqası koronavirus üzündən dayandırılıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button