FİFA-dan “Çelsi”yə ağır cəza
FİFA İntizam Komitəsi İngiltərənin “Çelsi” klubunu cəzalandırıb.
Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, ali futbol qurumu London təmsilçisinə iki illik transfer qadağası qoyub. Buna səbəb, “Çelsi”nin 18 yaşa qədər olan futbolçuların transferində FİFA qaydalarını pozması olub.
Bundan əlavə, kluba 970 min avro pul cəzası verilib.
Bu cəza ilə “Çelsi” 2020-ci ilin yazına qədər futbolçu transfer edə bilməyəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin