FİFA-dan Azərbaycan millisinin futbolçusuna 4 oyunluq cəza

FİFA Azərbaycan millisinin futbolçusu Tellur Mütəllimova 4 oyunluq cəza verib.

Komanda.az xəbər verir ki, buna 27 yaşlı futbolçunun evdə Lüksemburq yığması ilə keçirilmiş 2022-ci il dünya çempionatının seçmə mərhələsinin qrup oyununda qonaq komandanın oyunçusu Olivye Tillə qarşı kobudluğu səbəb olub.

Görüşün 21-ci dəqiqəsində topu itirdikdən sonra rəqibinə zərbə endirən Mütəllimov birbaşa qırmızı vərəqə alaraq meydandan qovulub.

FİFA “Sumqayıt”ın futbolçusunu diskvalifikasiya etməklə yanaşı, Azərbaycan millisini 5 000 İsveçrə frankı məbləğində cərimələyib.

Bakı Olimpiya Stadionunda keçirilən qarşılaşma Lüksemburq millisinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button