FİFA-dan 23 illik federasiya prezidentinə ömürlük cəza
FİFA Braziliya Futbol Federasiyasının sabiq prezidenti Rikardo Teyşeyranı ömürlük cəzalandırıb.
Komanda.az xəbər verir ki, bu barədə dünya futbol qurumunun mətbuat xidməti məlumat yayıb.
72 yaşlı futbol mütəxəssisi FİFA-nın etik kodeksini pozmaqda, rüşvət almaqda ittiham olunur. Bu üzdən də ali futbol qurumu onu istər milli, istərsə də beynəxalq yarışlarda iştirakdan ömürlük məhrum edib.
Teyşeyraya həmçinin 1 milyon İsveçrə frankı (909 min avro) məbləğində cərimə də kəsilib.
Qeyd edək ki, Teyşeyra Braziliya futboluna 23 il (1989-2012) rəhbərlik edib. O, BFK rəhbərliyinə 1974-cü ildən 1998-ci ilədək FİFA-ya rəhbərlik edən o zamankı qaynatası Xoan Avelanjın güclü dəstəyi ilə gəlib. Teyşeyra BFK-ya rəhbərlik etdiyi uzun illər ərzində dəfələrlə korrupsiya qalmaqallarının mərkəzində olub. Lakin o hər dəfə BFK-nın rəhbəri postunu qoruyub saxlaya bilib.
Bizi Facebook-da izləyin