“FİFA bu təyinatla böyük riskə gedir” – Zlatko Daliç

FİFA-nın Qətərdəki dünya çempionatında üçüncü yer uğrunda qarşılaşacaq Xorvatiya və Mərakeş yığmalarının oyununu yerli hakimlərə tapşırması Avropa təmsilçisinin düşərgəsində narazılıqla qarşılanıb.

Komanda.az xəbər verir ki, xorvatlar qətərli ədalət təmsilçilərinin Mərakeş yığmasına simpatiya bəsləyəcəyindən ehtiyatlanırlar.

Bunu Xorvatiya yığmasının baş məşqçisi Zlatko Daliç də etiraf edib. O, bu gün matçdan öncə baş tutan mətbuat konfransında bunları söyləyib:

“Hesab edirəm ki, FUFA bu hakimi bizim oyunumuza təyin etməklə böyük riskə gedir. Belə bir prinsipial matçın qətərli hakimlərə həvalə edilməsi doğru qərar deyil. Ümid edirəm ki, matçdan sonra hakimin hərəkətinə münasibət bildirməyəcəyik. Mən onun tərəfindən hər şeyin düzgün olmasını istərdim”.

Dekabrın 17-də baş tutacaq Xorvatiya – Mərakeş matçına Bakı vaxtı ilə saat 19:00-da start veriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button