FİFA bu ölkəyə qoyduğu qadağanı aradan qaldırdı

Syerra Leone Futbol Federasiyasının (SLFA) FIFA-ya üzvlüyü bərpa olunub.

Komanda.az xəbər verir ki, bu barədə dünyanın ən ali futbol qurumunun rəsmi saytı məlumat yayıb.

SLFA-nın FIFA-ya üzvlüyü 2018-ci ilin oktyabr ayında dayandırılmışdı. Belə sərt cəzaya səbəb hökumətin federasiyanın işlərinə müdaxilə etməsi, xüsusilə qurumun prezidenti və baş katibinin vəzifələrindən azad olunması idi. Ölkə rəhbərliyinin futbol başbilənlərinin həbsinə qərar verməsi, federasiyanın binasının bağlanması FİFA-nın Syerra Leone barəsində ən sərt cəzalar tətbiq etməsinə şərait yaratmışdı.

Lakin ötən gün ali futbol qurumu bu cəzanın aradan qaldırıldığını açıqlayıb. Qeyd olunur ki, SLFA prezidenti İşa Yohansen və baş katib Kris Kamara, Syerra Leone Ali Məhkəməsində bütün ittihamlar üzrə bəraət alıb. Bu üzdən də onlar öz vəzifələrinin icrasına davam etməyə başlayıblar.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button