“Qumar”a görə cəzalanan futbolçunun vəkilindən açıqlama

Fevral ayında mərc oyunlarında iştirak etdiyinə və qohumlarının pul qazanmasına kömək etdiyinə görə diskvalifikasiya olunan futbolçu Lukas Paketanın vəkili Kristian Kaus açıqlama verib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, vəkil diskvalifikasiyanın həmçinin, FİFA və UEFA-nın himayəsi altında hansısa oyunlara görə də ola biləcəyini izah edib:

“Bir ölkədə futbolçuların diskvalifikasiyası, demək olar ki, digər beynəlxalq sanksiyalara səbəb olur. Və bu halda FİFA İntizam Komissiyası böyük ehtimalla, işə qarışaraq futbolçunu diskvalifikasiya edəcək. Bu, ən pis ssenaridir”.

Paketa “Vest Hem” klubunda çıxış edir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button