“FİFA bizi məhv etdi” – Ukrayna klubunun rəsmisi
“Şaxtyor”un (Donetsk) futbol direktoru Dario Srna FİFA haqqında kəskin çıxış edib.
Komanda.az “Marca”-ya istinadən xəbər verir ki, sabiq futbolçu, açıqlamasında Ukrayna futboluna münasibətinə görə UEFA-ya təşəkkür edib:
“UEFA, Aleksander Çeferin vasitəsilə bizə və Ukrayna futboluna kömək etmək üçün əlindən gələni etdi. FİFA isə bizi məhv etdi. Bizi heç vaxt qorumayıblar. “Real”, “Sevilya”, “Barselona” və ya “Bayern” bizim vəziyyətimizdə olsaydı, əminəm ki, onlara tez kömək edərdilər.
Biz eyni komandayıq və son 20 ildə “Şaxtyor” Avropa futboluna çox şey verib. İstərdim ki, FİFA-dan kimsə Ukraynaya gəlsin, bizimlə və digər komandalarla yaşasın, hər şeyi hiss etsin”.
“Şaxtyor” Ukrayna çempionatının 5 oyununda 13 xal toplayıb və turnir cədvəlində birinci yeri tutur.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin