FIFA Argentinaya intizam işi açdı

FIFA Argentina Futbol Assosiasiyasına qarşı intizam işi açıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, iş təhqiredici davranış və ədalətli oyun prinsiplərinin pozulması, habelə oyunçuların və rəsmilərin qanunsuz davranışı səbəbindən açılıb.

Söhbət DÇ-2022-nin final oyununda futbolçuların davranışından gedir.

Öncədən Messi turnirin 1/4 final matçından sonra verdiyi müsahibə zamanı niderlandlı hücumçu Vaut Veqhorstu təhqir edib.

35 yaşlı argentinalı Veqhorsta, “Nə baxırsan, axmaq? Get buradan! Get işinlə məşğul ol!” deyib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button