FİFA Argentina millisinin qapıçısını cəzalandıra bilər
Argentina millisinin və “Aston Villa”nın qapıçısı Emiliano Martines cəzalandırıla bilər.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, FİFA Amerika kuboku zamanı qeyri-idman hərəkətinə görə argentinalı qapıçını cəzalandıra bilər.
FİFA turnirin final matçında qələbəni qeyd edərkən kolumbiyalı operatorla baş verən insidentləri və qapıçının jestini nəzərdən keçirəcək. Martines günahkar bilinərsə, o, 2026-cı il dünya çempionatının seçmə mərhələsində iki oyunluq diskvalifikasiya ilə üzləşəcək.
Argentina millisi növbəti seçmə oyunlarında Venesuela və Boliviya yığmaları ilə qarşılaşacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin