DÇ-2022-də ofsaydla bağlı yeni sistemdən istifadə olunacaq
FİFA 2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatında ofsaydı avtomatik aşkarlayan sistemdən istifadə etməyə hazırlaşır.
Komanda.az xəbər verir ki, bu barədə qurumun Futbolun Qlobal İnkişafı Departamentinin rəhbəri Arsen Venger “The Times” nəşrinə açıqlamasında deyib:
“Düşünürəm ki, ofsaydın avtomatik müəyyənləşdirilməsi sistemi 2022-ci ilə qədər hazır olacaq. Yeni texnologiyanın tətbiq edilməsində israr edirəm. Bunun sayəsində ofsayd epizodunun siqnalı dərhal xətt hakiminə çatacaq”.
DÇ-2022 gələn il 21 noyabr-18 dekabr tarixlərində keçirilməlidir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin