FİF-in Himayəçilər Şurasının iclası keçirilib
Futbolun İnkişaf Fondunun (FİF) Himayəçilər Şurasının növbəti iclası keçirilib.
Komanda.az xəbər verir ki, toplantıda Himayəçilər Şurasının sədri Vəli Qasımov, üzvlər Fəxrəddin Manafov, Qənirə Paşayeva, Yunis Hüseynov, Sona Abbasova və Şaiq Qəribzadə iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Vəli Qasımov fondun son dövrdəki fəaliyyəti ilə bağlı məlumat verib.
Daha sonra fondun icraçı direktoru Tural Piriyev FİF-in regionlardakı fəaliyyəti, həyata keçirilən layihələr, dövlət və beynəlxalq qurumlarla görülən işlər, ianə layihələri və üzərində işlənilən ianə portalı barədə ətraflı təqdimatla çıxış edib.
Tədbir FİF-in marketinq meneceri Emil Şükürovun ianə portalı ilə bağlı təqdimatı ilə davam edib.
İclasın sonunda yaradılacaq Daxili Audit Komitəsinin əsasnaməsi və komitəyə təklif olunan üzvlərin siyahısı nəzərdən keçirilib, fondun hazırda üzərində işlədiyi Vergi Məcəlləsinə dəyişiklik təklifi və digər məsələlər müzakirə olunub.
Bizi Facebook-da izləyin