FİDE Vüqar Həşimovun atasının vəfatı ilə bağlı başsağlığı verib

Beynəlxalq Şahmat Federasiyası (FIDE) mərhum qrossmeyster Vüqar Həşimovun atası Qasım Həşimovun vəfatı ilə bağlı başsağlığı verib.

Komanda.az xəbər verir ki, bu barədə FIDE-nin mətbuat xidməti məlumat yayıb.

“Azərbaycanın əməkdar şahmat məşqçisi, mərhum şahmatçı Vüqar Həşimovun atası Qasım Həşimov kədərli şəkildə dünyasını dəyişib. O, həmçinin Vüqar Həşimov Memorialının Təşkilat Komitəsinin rəhbəri vəzifəsində çalışıb. Onun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk”.

Qasım Həşimov Abşeron rayonu, Novxanı kəndindəki fərdi yaşayış evində partlayış baş verməsi nəticəsində xəsarət almışdı. O, yanvarın 8-də müalicə aldığı xəstəxanada vəfat edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button